Ukrayna kəşfiyyatından Putinlə bağlı ŞOK İDDİA – FOTO

  • 19:33 - 05 Avqust

Kiyev cəbhəsindən Rusiya prezidenti Vladimir Putinlə bağlı maraqlı iddia irəli sürülüb. 

Avropa.info-nun məlumatına görə, Ukrayna Kəşfiyyat İdarəsinin rəisi general-mayor Kirilo Budanov bildirib ki, Putin son vaxtlar oxşarlarından istifadə edib. Ukrayna televiziyasına danışan Bodanov son vaxtlar Putinin imicinin dəyişdiyini və bunun səbəbinin oxşarlarından istifadə etdiyini bildirib.

Amerikanın “Newsweek” jurnalının internet saytında yer alan xəbərə görə, Budanov, Putinin son vaxtlar ictimaiyyət qarşısına çıxdığı zaman boyun və qulaq formasında ciddi dəyişikliklər olduğunu iddia edərək, “Putinin dublyorlarının müxtəlif vərdişləri, davranışları və boyları var. Fotolara baxanda , qulaqlara diqqət yetirmək lazımdır. Qulaqlar barmaq izi kimidir və hər bir insanın qulağı özünəməxsusdur və onu təqlid etmək olmaz", deyib.


Oxunma sayı: 1728

Oxşar yazılar