Türkiyə prezidentinin Rusiyaya səfəri başladı

  • 14:24 - 05 Avqust

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə  Rusiyanın Soçi şəhərinə gedib. 

Avropa.info xəbər verir ki, Ərdoğanı Türkiyənin vitse-prezidenti Fuat Oktay, İstanbul valisi Əli Yerlikaya, 3-cü korpus komandiri general-leytenant Levent Ergün, İBB Məclis sədrinin 1-ci müavini Zeynel Abidin Okul və AK Partiya İstanbul sədri Osman Nuri Kabaktepe yola salıblar. 

Səfərdə Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, xəzinə və maliyyə naziri Nurəddin Nebati, ticarət naziri Mehmet Muş, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi, Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fəxrəddin Altun, Prezidentin sözçüsü İbrahim Kalın və Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmail Dəmir müşaiyət edir. 

Bildirilib ki, Ərdoğan bir günlük proqram çərçivəsində rusiyalı həmkarı ilə keçirəcəyi görüşlərdə aktual qlobal və regional problemlər, o cümlədən Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi aparacaq.


Oxunma sayı: 1123

Oxşar yazılar