Çindən Nensi Pelosiyə qarşı sanksiyalar tətbiq etmək QƏRARI

  • 17:20 - 05 Avqust

Çin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə qarşı sanksiyalar tətbiq edib. 

Avropa.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“ABŞ Nümayəndələr Palatasının sədri Pekinin ciddi narahatlığına və Çinin daxili işlərinə qarışmamaq çağırışına baxmayaraq Tayvana səfər edib. Bu addım ÇXR-in suverenliyini və ərazi bütövlüyünü ciddi şəkildə pozur, vahid Çin prinsipini tapdalayır və Tayvan boğazında sülh və sabitliyə ciddi təhlükə yaradır”, - məlumatda bildirilib. 

Pelosinin Pekində etdiyi hərəkətlər təxribat xarakterli adlandırılıb. 

Məhdudiyyətlər Pelosi ailəsinin üzvlərinə də şamil ediləcək. Sanksiyalar barədə ətraflı məlumat verilmir. 

Xatırladaq ki, Nensi Pelosi avqustun 2-də Tayvana səfər edib. 

Siyasətçinin mətbuat xidməti bildirib ki, “onun səfəri Birləşmiş Ştatların Tayvan demokratiyasını dəstəkləmək öhdəliyinə sübutdur” və ABŞ-ın Çinlə bağlı siyasətinə zidd deyil. Eyni zamanda, Çin Xarici İşlər Nazirliyi adaya səfərlə bağlı kəskin etirazını bildirib.


Oxunma sayı: 1046

Oxşar yazılar