Türkiyə, Böyük Britaniya və İrlandiyaya: "Taxıl dəhlizi" ilə daha 3 gəmi yola düşdü

  • 12:47 - 05 Avqust

Ümumi çəkisi 58 min ton olan qarğıdalı yükü olan üç gəmi Odessa limanlarından yola düşərək Türkiyə, Böyük Britaniya və İrlandiyaya doğru yola düşüb. 

Avropa.info xəbər verir ki, bu barədə avqustun 5-də Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Panama bayrağı altında olan NAVISTAR quru yük gəmisi (yük - 33 min ton qarğıdalı) Odessa limanından taxıl dəhlizi ilə İrlandiyaya yola düşüb. 

Daha bir gəmi - ROJEN Malta bayrağı altında 13 min ton qarğıdalı yükü ilə Çornomorsk limanını tərk edib. 

Türkiyə bayrağı altında POLARNET gəmisi də həmin limandan çıxıb. 12 min ton qarğıdalı olan gəmi Türkiyənin Karasu limanına doğru gedir. 

Toplu daşıyıcıların gedişi İstanbuldakı Birgə Koordinasiya Mərkəzindən izlənilir. 

Hər üç gəmi Türkiyə metropolunda yoxlamadan keçəcək. Yoxlama Türkiyə, Rusiya Federasiyası, Ukrayna və BMT arasında 22 iyul 2022-ci ildə imzalanmış “Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması” Təşəbbüsü çərçivəsində razılaşdırılmış prosedur və prinsiplərə uyğun olaraq həyata keçiriləcək. 

Ukraynadan “taxıl dəhlizi” ilə gedən ilk gəmi “Razoni” yükdaşıyıcısı artıq İstanbulda yoxlamadan keçib və Livana yollanır. 

Bu arada Türkiyənin Kilyos limanında Ukrayna sahillərinə taxıl yükü üçün yola düşəcək Barbados bayrağı altında "Flormar S" gəmisinin yoxlanışı başa çatıb.


Oxunma sayı: 1156

Oxşar yazılar