Prezident bu Komissiyanın tərkibində dəyişiklik etdi

  • 12:25 - 05 Avqust

Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibində dəyişiklik edilib.

Avropa.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibi aşağıdakı kimidir:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.

Bundan əvvəl Komissiyanın tərkibi belə idi:

Komissiyanın sədri:

Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Şahin Mustafayev- Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Samir Şərifov- Azərbaycan Respublikasının maliyyə naziri

Natiq Əliyev- Azərbaycan Respublikasının energetika naziri

Hüseynqulu Bağırov- Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Kərəm Həsənov- Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Mahmud Kərimov- Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Rövnəq Abdullayev- Azərbaycan Respublikasının “Azərikimya” Dövlət Şirkətinin prezidenti

Rasim Dadaşov- Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının neft və kimya şöbəsinin müdiri.


Oxunma sayı: 1068

Oxşar yazılar