BMT baş katibindən qlobal fəlakət XƏBƏRDARLIĞI: Bu ölkələr uçurumun kənarına yaxınlaşır

  • 15:36 - 05 Avqust

Dünyada geosiyasi rəqabət güclənib, nüvə qarşıdurması riski əvvəlki onilliklərlə müqayisədə daha reallaşıb. 

Avropa.info xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş bu barədə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında çıxışı zamanı bildirib. 

Quterreş bildirib ki, iqlimin məhv edilməsi, havanın çirklənməsi və biomüxtəlifliyin itirilməsi və COVID-19 pandemiyasının təsirləri ilə bağlı üçqat planet böhranı ilə yanaşı, dünya artan sayda silahlı münaqişələrlə üzləşir. 

“Ukraynadakı fəlakətli müharibə bütün dünyada ərzaq və enerji qiymətlərinin kəskin artmasına səbəb olub. İstanbulda aparılan danışıqlar nəticəsində ərzaq və gübrələrin qiyməti getdikcə azalaraq müharibədən əvvəlki səviyyəyə yaxınlaşır. Lakin buna baxmayaraq, pandemiyadan sağalmaq üçün sərmayə qoymağa resursları olmayan inkişaf etməkdə olan ölkələr qaçılmaz olaraq uçurumun kənarına yaxınlaşır”, - deyə təşkilat rəhbəri bildirib. 

BMT rəhbəri xatırladıb ki, dörd ölkə artıq borclarını ödəməkdən yayınıb, bir çox başqaları defolt ərəfəsindədir. Davamlı inkişafın maliyyələşdirilməsi quruyur və ya başqa məqsədlərə yönəldilir. 

“Dünya qlobal təlatümlərdən keçir – COVID-19 pandemiyasından tutmuş Ukraynadakı müharibəyə qədər. Dünyada genişmiqyaslı böhran zamanı maraqlı tərəfləri bir araya gətirə biləcək vahid təşkilat yoxdur. BMT bu vəzifəni yerinə yetirməyə qadir olan yeganə təşkilatdır”, - deyə baş katib bildirib. 

Antonio Quterreş vurğulayıb ki, qeyri-aktiv gözləmənin hər günü dünyanı qlobal fəlakətə yaxınlaşdırır.


Oxunma sayı: 1178

Oxşar yazılar