“Sputnik-Azərbaycan”ın redaktorları istefa verdi

  • 10:30 - 05 Avqust

"Sputnik-Azərbaycan"ın rus dili versiyasının buraxılış redaktorları "Qisas" əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya  Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina edərək dünən tam tərkibdə istefa veriblər.

Avropa.info xəbər verir ki, 4 redaktor bu barədə sosial şəbəkədə məlumat yayıb.

Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Elena Starostina, Gülzar Mustafayeva facebook paylaşımlarında Azərbaycan vətəndaşları olaraq "Sputnik"də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa verəmək məcburiyyətində qaldıqlarını yazıblar.


Oxunma sayı: 1035

Oxşar yazılar