Türkiyə prezidentinin kritik Soçi SƏFƏRİ: Ərdoğanın Putinlə müzakirə edəcəyi məsələlər açıqlandı – Qarabağ mövzusu GÜNDƏMDƏ

  • 09:14 - 05 Avqust

Bu gün Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə Soçiyə bir günlük işgüzar səfər edəcək.

Avropa.info xəbər verir ki, Türkiyə Prezident Adminstrasiyası Kommunukasiyalar İdarəsinin yaydığı açıqlamada Ərdoğanın rusiyalı həmkarı ilə görüşlərində aktual qlobal və regional məsələlərlə yanaşı, Türkiyə ilə Rusiya arasındakı ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılacağı bildirilib.

Soçidə keçirilən görüşdə Ermənistanın Qarabağdakı sərhəd xəttinə hücumlarının da müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, iki liderin sonuncu Soçi görüşü 29 sentyabr 2021-ci ildə baş tutub və bu sammitdə nüvə enerjisi, Suriyada radikal elementlərin təmizlənməsi, kosmik tədqiqatlar və müdafiə sənayesi əməkdaşlığı, xüsusilə hava elementləri kimi mövzularda mühüm qərarlar qəbul edilib. 

Prezident Ərdoğan daha əvvəl Putinin dəvəti ilə 3 may 2017-ci ildə Rusiyanın Soçi şəhərinə səfər etmişdi. İki lider 2018-ci il sentyabrın 17-də Soçidə görüşüb. Türkiyə “Barış pınarı” əməliyyatına 9 oktyabr 2019-cu ildə başlayıb. 

Türkiyə Silahlı Qüvvələri oktyabrın 18-də başa çatan əməliyyatla Rəsulayn və Tel Abyadı terror təşkilatlarından təmizləyib. Əməliyyatdan qısa müddət sonra, 22 oktyabr 2019-cu ildə prezident Ərdoğan və Putinin Soçidə görüşməsindən sonra 10 bəndlik Soçi razılaşması elan edilib.


Oxunma sayı: 1233

Oxşar yazılar