Azərbaycan bayrağı Londondakı səfirlikdə yenidən dalğalanır - VİDEO

  • 00:16 - 05 Avqust

Azərbaycanın Londondakı səfirliyinin binası üzərində yenidən üçrəngli dövlət bayrağımız dalğalanır.

Avropa.info xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. 

Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb. 

İlkin məlumata görə, hücumla əlaqədar 8 nəfər saxlanılıb. 


Oxunma sayı: 9659

Oxşar yazılar