Azərbaycanın Londondakı səfirliyinə hücum edən radikal qruplaşma haqqında SENSASİON MƏLUMATLAR

  • 22:54 - 04 Avqust

Xəbər verdiyimiz kimi 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

XİN-dən Avropa.info-ya verilən məlumata görə, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb. Elə həmin konvensiyaya görə, hər bir dövlət onun ərazisindəki səfirliklərin təhlükəsizliyini təmin etməyə borcludur. Azərbaycan İngiltərənin və başqa dövlətlərin Bakıdakı səfirliklərini keyfiyyətli şəkildə qoruyur və indiyə qədər də heç bir problem olmayıb. 

Bəs səfirliyimizə hücum edənlər kimlərdir və nə istəyirlər?

Avropa.info-nun əldə etdiyi məlumata görə, Londondakı səfirliyimizə hücum edənlərin "The Mahdi Servants Union" (Mehdi qulluqçular birliyi) radikal qruplaşmasinin üzvləri olduğu bildirilir. Qruplaşmanın ilk lideri Fəzlullah adlı şəxs olub. Hazırda qrupun lideri əslən iraqlı Yaser Əl-Həbibdir. O, İranin hazırkı idarəcilik sisteminə qarsidir, İranın Ali Rəhbəri Əli Xamneyinin dini etimadnaməsini şübhə altına alır. 

Eyni zamanda, bu qruplaşma "Fədək" adlı peyk televiziyasını idarə edir. İngiltərədə yayımlanan peyk telekanallarında İslam peyğəmbəri Hz.Məhəmmədin (s) səhabələrini təhqir edir. Qruplaşmanın İngiltərə kəşfiyyatı ilə əlaqələri olduğu haqda xarici KİV - də xeyli sayda yazılar var.


Oxunma sayı: 7943

Oxşar yazılar