Türkiyə Ali Hərbi Şurası bu generallarla bağlı QƏRAR VERDİ – SİYAHI

  • 16:57 - 04 Avqust

Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclas keçirən Türkiyə Ali Hərbi Şurasının qərarları açıqlanıb. 

Avropa.info xəbər verir ki, mətbuata qapalı keçirilən təxminən bir saat davam edən görüşdə vitse-prezident Fuat Oktay, ədliyyə naziri Bəkir Bozdağ, xəzinə və maliyyə naziri Nurəddin Nebati, daxili işlər naziri Süleyman Soylu, milli təhsil naziri Mahmud Özer, milli müdafiə naziri Hulusi Akar, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları Komandanı Musa Avsever, Dəniz Qüvvələri Komandanı Adnan Özbal və Hərbi Hava Qüvvələri Komandanı Həsən Küçükaküz iştirak edib. 

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Ali Hərbi Şuranın qərarlarını açıqlayıb.

Şuranın qərarına əsasən, 2022-ci il avqustun 30-dan etibarən Türkiyə Silahlı Qüvvələrinin 16 general və admiralı, o cümlədən 47 polkovnik rütbəsi yüksəldilib. 

Türkiyə prezidentinin icazəsi ilə Baş Qərargah rəisi Yaşar Gülərin səlahiyyət müddəti bir il uzadılıb. 

Şura həmçinin Dəniz Qüvvələri komandirləri Adnan Özbal və Hərbi Hava Qüvvələri komandirləri Həsən Küçükküzün də təqaüdə göndərilməsinə qərar verib. 

Admiral Ərcüment Tatlıoğlu Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı, general Atilla Gülan isə Hərbi Hava Qüvvələrinin komandanı təyin edilib.

30 avqust 2022-ci il tarixindən etibarən 16 general və admirala daha yüksək rütbə, 47 polkovnik isə general və admiral rütbəsinə yüksəldilib. 

40 general və admiralın səlahiyyət müddəti bir il, 313 polkovnikin səlahiyyət müddəti isə iki il uzadılıb. 

38 general və admiral təqaüdə göndərilib. 

Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı general Hasan Küçükakyüz heyət çatışmazlığı səbəbindən təqaüdə göndərilib. 

Hazırda 264 olan general və admiralların sayı 30 avqust 2022-ci il tarixindən etibarən 273-ə yüksələcək.


Oxunma sayı: 1167

Oxşar yazılar