İstanbulun məşhur xəstəxanasında yanğın oldu – VİDEO

  • 16:26 - 04 Avqust

İstanbul Zeytinburnu Balıklı Rum Xəstəxanasında naməlum səbəbdən yanğın baş verib.  Alov sürətlə yayılaraq bütün damı bürüyüb. 

Avropa.info xəbər verir ki, xəbərdarlıq üzərinə Bakırköy, Bahçelievler, Başakşehir, Zeytinburnu, Fatih, Kağıthane, Şişli, Beşiktaş və digər rayonlardan xilasedicilər, tibb personalı  və polis qrupları bölgəyə göndərilib. 

Qocalar evində başladığı bildirilən yanğın davam edərkən, xəstələrin təxliyəsi üçün işlərə başlanılıb. Bəzi xəstələr əlil arabasında, bəziləri qucağında çıxarılıb. 

Açıqlamada, qocalar evində olan 62 yaşlı insanın və 42 stasionar xəstənin təxliyə edildiyi bildirilib. 

Polis bölgədə geniş təhlükəsizlik tədbirləri alarkən, yanğın səbəbiylə tüstüdən təsirlənən vətəndaşlara sağlamlıq qrupları müdaxilə edib. 

Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə alovların nəzarət altına alındığı bildirilir. Yanğından sonra xəstəxananın dam örtüyü tamamilə yararsız hala düşüb.

Yanğından sonra bölgəyə gedən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu son vəziyyətlə bağlı açıqlama verib. İmamoğlu bütün xəstələrin təxliyə edildiyini və itki olmadığını söyləyib.


Oxunma sayı: 1068

Oxşar yazılar