Bölgədə tarazılığı dəyişəcək GƏLİŞMƏ - Bir neçə gün sonra Ərdoğanın göstərişi ilə... – FOTO

  • 14:29 - 04 Avqust

Türkiyənin karbohidrogen araşdırmalarında iştirak edəcək dördüncü qazma gəmisi “Əbdülhamid xan”ın Aralıq, Egey və Qara dənizlərdəki (“Mavi Vətən”) missiyası üçün hazırlıqlar tamamlanıb.

Avropa.info xəbər verir ki, Cənubi Koreyanın Okpo limanından ayrıldıqdan sonra mayın 19-da Mersinin Taşucu limanına çatan və Türkiyənin karbohidrogen kəşfiyyat işlərinə qatılmaq üçün prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən adı "Əbdülhəmid xan" olaraq açıqlanan qazma gəmisində müxtəlif araşdırmalar aparılıb. 

Bu dövrdə, təxminən 2,5 aydır Taşucu limanında qalan "Əbdülhəmid xan" qazma gəmisində baxım, təkmilləşdirmə və yeniləmə işləri aparılıb. 

Avadanlıqların quraşdırılması, texniki prosedurlar və sertifikatlaşdırma başa çatdıqdan sonra qazma gəmisi növbəyə hazır vəziyyətə gətirilib və qırmızı-ağ rənglərə boyanıb. "Əbdülhəmid xan" gəmisinin gövdəsinə Türkiyə bayrağı işlənib.

Həm texniki təchizat, həm də fiziki xüsusiyyətləri ilə “Mavi Vətən”də donanmanın “ən güclüsü” olaraq xidmət edəcək "Əbdülhəmid xan", karbohidrogen axtarışında olan donanmanın "Fatih", "Qanuni" və "Yavuz"dan sonra 4-cü gəmisi olacaq. 

238 metr uzunluğu, 42 metr eni və ikiqat təhlükəsizlik sistemi ilə seçilən gəmi yeddinci nəsil olmaqla yanaşı, karbohidrogen kəşfiyyat işlərini gücləndirəcək.

Qoşa qülləli və 200 nəfərlik ekipaj tutumu ilə aktiv mövqe təyin etmə sisteminə malik olan gəmi 12 min 200 metrə qədər qazma qabiliyyəti ilə mavi sularda effektiv araşdırmaların aparılmasında mühüm rol oynayacaq. 

Möhtəşəmliyi ilə diqqət çəkən "Əbdülhəmid xan" Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə avqustun 9-da keçirilməsi planlaşdırılan mərasimlə vəzifəsinə başlayacaq.


Oxunma sayı: 1497

Oxşar yazılar