Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn edildi - VİDEO – YENİLƏNİB

  • 12:13 - 04 Avqust

Ötən gün qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Anar Kazımovla vida mərasimi başa çatıb.

Şəhid əsgər Anar Kazımov doğulduğu Qaracəmilli kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

10:56

Dünən Laçın rayonu istiqamətində şəhid olan Azərbaycan Ordusunun əsgəri Anar Kazımovun nəşi doğulduğu Şəmkir rayonuna gətirilir. 

Avropa.info "İctimai tv"yə istinadən xəbər verir ki, şəhid əsgərimiz Şəmkir rayonunun Qaracəmirli kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Daha ətraflı süjetdə:


Oxunma sayı: 5138

Oxşar yazılar