"Qarabağ" "Ferentsvaroş"la heç-heçə etdi – YENİLƏNİB
- 21:59 - 03 Avqust
Bakıda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ" - "Ferentsvaroş" oyunu başlayıb.
Avropa.info xəbər verir ki, qarşılaşmaya saat 20:00-da başlayıb.
Qarşılaşmada ilk dəfə VAR sistemi tətbiq olunur.
Qeyd edək ki, bu komandalar arasında avqustun 9-da Budapeştdə keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
3 avqust
20:00. "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) - 1:1 (Birinci hissə)
Qollar: Boli, 17 (0:1), Ovusu Kvabena, 34 (1:1)
45+3-cü dəqiqədə "Qarabağ"ın futbolçusu İbrahima Vadjinin qolu VAR-a baxıldıqdan sonra ofsayda görə qeydə alınmayıb.
Baş hakim: Andreas Ekberq (İsveç)
Tofiq Bəhramov adına Respublika stadionu
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində bu gün keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" ilk oyunu üçün heyətlər bəlli olub.
Komandalar saat 20:00-da başlayacaq oyuna aşağıdakı tərkibdə çıxacaq:
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 19. Filip Ozobiç, 11. Ovusu Kvabena, 10. Abdullah Zubir, 25. İbrahima Vadji,
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Romao Rodriqes, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə
"Ferentsvaroş": 90. Deneş Dibus, 3. Sami Mmae, 4. Mats Knuster, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 16. Kristofer Zakariasen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 70. Frank Boli, 93. Aissa Laiduni
Ehtiyat oyunçular: 1. Adam Boqdan, 61. Sabolç Merql, 5. Muhamed Beşiç, 15. Adnan Kovaçeviç, 19. Balint Veçei, 23. Lorand Paska, 25. Rasmus Telander, 28. Karlos Auski, 44. Styepan Lonçar, 50. Markinyos, 76. Kristian Listeş