TƏCİLİ! Azərbaycan antiterror əməliyyatı keçirdi - Şəhidimizin qisası alındı

  • 17:11 - 03 Avqust

Bu gün Azərbaycan Ordusu antiterror əməliyyatına başlayıb.

Avropa.info xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Antiterror əməliyyatı nəticəsində 3 silahlı məhv edilib, ən azı 8 silahlı dəstə üzvü yaralanıb.

Məlumata görə, antiterror əməliyyatı Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti dəfə atəşkəsi pozmasından sonra başlayıb.

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.


Oxunma sayı: 8768

Oxşar yazılar