Azərbaycan və Türkiyə nazirləri arasında MÜHÜM GÖRÜŞ

  • 12:07 - 02 Avqust

Türkiyənin ticarət naziri Mehmet Muş Daşkənddə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb. 

Avropa.info xəbər verir ki, bu barədə türkiyəli nazir özünün “Tvitter” səhifəsində yazıb. 

“Azərbaycanlı nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə məhsuldar görüş keçirilib. Biz Türkiyə-Azərbaycan ikitərəfli ticarət əlaqələri, qarşılıqlı investisiyalar və logistika məsələlərini müzakirə etdik”, - Muş bildirib. 

Çərşənbə axşamı Özbəkistanın paytaxtında Türkiyə, Özbəkistan və Azərbaycan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçirilib.


Oxunma sayı: 3312

Oxşar yazılar