Azərbaycan qazının bu ölkəyə nəqli üçün ikinci boru xətti tikilə bilər

  • 17:34 - 30 İyul

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) maksimal texniki gücü ildə beş milyard kubmetr qaz təşkil edir. Tələb və təklifin bu göstəricini üstələyəcəyi təqdirdə artan tələbin qarşılanması üçün ikinci boru xəttinin tikintisi mümkündür.

Avropa.info xəbər verir ki, bunu Trend-ə müsahibəsində ICGB AD layihə şirkətinin Bolqarıstan tərəfindən icraçı direktoru Teodora Georgiyeva deyib.

"Bunun üçün ICGB normativ öhdəlik və proseslərə ciddi əməl etməli, qaz nəqli operatorları ilə əməkdaşlıqda zəruri bazar sınaqları keçirməli və yekunda məqsədəuyğun hesab olunacağı təqdirdə müvafiq qərar qəbul eməlidir", - deyə o bildirib.

Xatırladaq ki, IGB Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq.


Oxunma sayı: 7525

Oxşar yazılar