Gümüş medal qazanan cüdoçumuz məşhur cütlüyün oğlu imiş - FOTO

  • 16:37 - 24 İyul

Məşhur aparıcı və bloqerlər Tural Yusifov və Səma Abiyevanın oğlu Almaniyada keçirilən beynəlxalq olimpiadada gümüş medal qazanıb.

Avropa.info xəbər verir ki, tanınmış cütlük bu sevincli xəbəri feysbuk səhifələrində paylaşıblar:

"An etibarıyla bu cavan oğlan Frankfurtda keçirilən STEM Grand Finalda kodlama kateqoriyasında gümüş medal qazandı. Onunla birgə gedən digər komanda yoldaşları da riyaziyyat, təbiət elmləri kateqoriyasından gümüş və burünc medal qazanıblar", - deyə Tural Yusifov yazıb.  

Həmçinin Səma Abiyeva da bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Gəlir! Dünya üzrə STEM Grand Finalda 10-11-12-ci (Almaniya) siniflər üzrə kodlaşma yarışında gümüş medal qazanıb gəlir! Öz yaşıdları arasında ikinci oldu".


Oxunma sayı: 4148

Oxşar yazılar