Tofiq Musayev Bellatordakı debüt döyüşündə parlaq qələbə qazandı - VİDEO

  • 11:28 - 23 İyul

MMA təmsilçimiz Tofiq Musayev Bellator turnirindəki debüt döyüşündə parlaq qələbə qazanıb.

Avropa.info xəbər verir ki, ABŞ-ın Vaşinqton şəhərinin "Emerald Kuin Kazino" stadionunda keçirilən Bellator 283 turnirində 32 yaşlı təmsilçimiz 30 yaşlı amerikalı Sidni Autlo ilə gücünü sınayıb. Döyüş ilk raundunun 27-ci saniyəsində Tofiq Musayevin nokautla qələbəsi ilə yekunlaşıb. Beləliklə Tofiq Musayev peşəkar karyerasında 18-ci qələbəsini qazanıb. Təmsilçimiz cəmi dörd döyüşdə uduzub.

Bunadək Tofiq Musayev Rizin, WFCA və digər nüfuzlu turnirlərdə uğurla döyüşüb. 


Oxunma sayı: 11331

Oxşar yazılar