Nazim Süleymanovun qazandığı çempionluq kuboku itib

  • 10:53 - 23 İyul

Rusiyanın "Alanya" klubunun 1995-ci ildə qazandığı çempionluq kuboku itib.

Artıq 3 ildir kubokun harada olması ilə bağlı məlumat yoxdur.

Əvvəlcə kubokun komandanın sabiq baş məşqçisi Valeri Qazzayevdə olduğu ehtimal edilib. Lakin mütəxəssis onun harada olmasından xəbərsiz olduğunu bildirib. Bundan sonra kubokun itdiyi bildirilib.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü olan Nazim Süleymanov 1991 - 1996-cı illərdə "Alanya"da çıxış edib və 1995-ci ildə çempion olan heyətdə yer alıb.


Oxunma sayı: 8713

Oxşar yazılar