“Şahdəniz-Türkiyə” qaz kəməri profilaktik təmir üçün dayandırılacaq

  • 17:59 - 22 İyul

Şahdəniz-Türkiyə qaz kəmərində profilaktik işlər 2022-ci il avqustun 14-dən 28-dək davam edəcək. 

Avropa.info xəbər verir ki, Türkiyənin dövlət şirkəti Boru Hatları ile Petrol Taşıma AŞ (BOTAŞ) 14 gün ərzində Türkgözü stansiyası vasitəsilə Türkiyənin qaz nəqli sisteminə mavi yanacağın verilməyəcəyini bildirib. 

BOTAŞ qeyd edib ki, profilaktik təmir dövründə Türkiyə bazarında tələb və təklif balansında problem gözlənilmir.


Oxunma sayı: 7712

Oxşar yazılar