Azərbaycanın valyuta ehtiyatları rüb ərzində 4 faiz artıb

  • 16:27 - 19 İyul

2022-ci il iyulun 1-nə Azərbaycanın valyuta ehtiyatları 52 678,7 milyon dollar təşkil edib. 

Avropa.info xəbər verir ki, bunun 86 faizi və ya 45 306,8 milyon dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 14 faizi və ya 7 371,9 milyon dolları Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb. 

Bu ilin ikinci rübündə ölkənin valyuta ehtiyatları 278,2 milyon dollar və ya 0,5 faiz artıb. Belə ki, ARDNF-nin valyuta ehtiyatları 42,8 milyon dollar və ya 0,1 faiz, AMB-nin valyuta ehtiyatları isə 235,4 milyon dollar və ya 3,3 faiz artıb. 

Son bir ildə ölkənin valyuta ehtiyatları 2118,5 milyon dollar və ya 4,2 faiz artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 201,9 milyon dollar və ya 2,7 faiz, AMB-nin valyuta ehtiyatları isə 916,6 milyon dollar və ya 14,2 faiz artıb.


Oxunma sayı: 6964

Oxşar yazılar