Bakıda DƏHŞƏTLİ CİNAYƏT: Keçmiş arvadını görün nə üstə öldürdü - VİDEO

  • 21:20 - 18 İyul

Bakıda ailə münaqişəsi zəminində daha bir qətl törədilib. 40 yaşlı qadın çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə mərhumun keçmiş həyat yoldaşıdır. Hadisə şahidləri qətlin atanın öz övladını görmək istəməsi, uşaqların isə bundan imtina etməsi zəminində baş verdiyini deyirlər. Hər halda, baş vermiş ağır cinayət  istintaqla araşdırılır. 

Avropa.info xezerxeber-ə istinadən xəbər verir ki, 40 yaşlı qadın xüsusi amansızlıqla qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən şəxs isə mərhumun keçmiş həyat yoldaşıdır.

Ağır cinayət ötən gün paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.

Hadisənin qonşunun həyətində baş verdiyi bildirilir. Həmin evin sahibi Samir Allahverdiyev deyir ki, əvvəllər onlarla mehriban qonşu olublar. Təxminən bir il əvvəl isə münaqişəli ailə evi satıb.

Hadisə şahidi Fəzail Vahabov deyir ki, cinayəti törətməkdə şübhəli bilinən Arzuman Fazilov uşağı ilə görüşmək istəyib. Hətta ondan xahiş edib ki, övladını çağırsın. Amma uşaq atası ilə görüşməkdən imtina edib. 

Arzuman Fazilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb. 


Oxunma sayı: 7217

Oxşar yazılar