Bu gün Qurban bayramıdır

  • 00:05 - 09 İyul

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.

Avropa.info xəbər verir ki, mübarək bayram iyulun 9-dadır. Bu gün saat 08:00-dan etibarən məscidlərdə Bayram namazları qılınacaq.

Dinimizdə imkanı olan adamların qurban kəsmələri sünnət əməl hesab olunur və qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır. Beləliklə də, cəmiyyətdə sosial yardımlaşma ab-havası formalaşır.

Dini qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə ola bilər. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.

İnsаnı öz Rəbbinə yахın edən Qurbаn bаyrаmının sevincini ehtiyacı olan sоydаşlаrımızа yаşаtmаq, özəlliklə pandemiya şəraitində mаddi sıхıntı çəкən insanlara yardım etmək Аllаhа хоş gedən əməllərdəndir. Qurban kəsməyə imкаnı оlmаyаnlаrın Qurbаn günü ibadət və duaları Allah-Təala yanında savab əməllərdəndir.


Oxunma sayı: 10022

Oxşar yazılar