Böyük Britaniyadan Putinin qohumu və Rusiyanın ikinci ən zəngin adamına qarşı SANKSİYA

  • 21:53 - 29 İyun

Rusiyanın Ukraynaya hücumlarından sonra başlayan sanksiyalar davam edir. Britaniyanın Rusiyaya qarşı yeni sanksiyaları Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafına da təsir edir. 

Avropa.info-nun məlumatına görə, Britaniyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Putinin yaxın qohumu və Rusiyanın məşhur kömür hasilatı şirkəti “AO Qrupa Kolmar”ın prezidenti Anna Tsivileva sanksiyalara məruz qalıb. Rusiyanın ikinci ən zəngin adamı Tsivileva ilə yanaşı, Putinin mühüm dəstəkçilərindən Vladimir Potaninə də sanksiya tətbiq olunub. 

Böyük Britaniyadan verilən açıqlamada, yeni sanksiyaların “Rusiyanın döyüş maşını”nı zəiflətmək məqsədi daşıdığı qeyd edilib.


Oxunma sayı: 1112

Oxşar yazılar