Prezident İlham Əliyev İranla münasibətlərdən DANIŞDI

  • 21:00 - 29 İyun

"Türkmənistanda ötən dəfəki görüşümüzdən sonra münasibətlərimizə çox gözəl təkan verildi və əlaqələrimiz daha da sürətlə inkişaf etməyə başlamışdır. Hökumət üzvlərinin qarşılıqlı səfərləri təşkil edildi. Bir sıra məsələlərlə bağlı, xüsusilə nəqliyyat, energetika və digər sahələrdə çox yaxşı irəliləyiş var".

Avropa.info xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Aşqabadda İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşdə söyləyib.

Dövlət başçısı əmin olduğunu bildirib ki, bugünkü görüşdən sonra da əlaqələrimizin inkişafına növbəti təkan veriləcək və qardaş xalqlarımızın birgə gələcəyi təmin ediləcək.

“Xalqlarımızın ortaq tarixi münasibətlərimiz üçün çox gözəl təməldir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.


Oxunma sayı: 1090

Oxşar yazılar