Sərnişinlərin "Sahil"də düşürülmə səbəbi açıqlandı

  • 22:01 - 29 İyun

"İçərişəhər-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının işarəvermə sistemi işə düşüb.

Avropa.info xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Maşinist təlimat tələbinə uyğun olaraq, sərnişinləri "Sahil" stansiyasında düşürüb və yoluna davam edib.

Qatarda hər hansısa problem müşahidə olunmasa da, təkrar yoxlama üçün qatar xətdən çıxarılıb. Əvəzinə qatar verilib.

Bu səbəbdən "Nəriman Nərimanov-Həzi Aslanov" istiqamətində bir marşrut üzrə intervaldan əlavə 2 dəqiqə fərq yaranıb.


Oxunma sayı: 3642

Oxşar yazılar