Qazaxıstan prezidenti Xəzəryanı ərzaq qovşağının yaradılmasını təklif edib

  • 19:30 - 29 İyun

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Xəzəryanı ərzaq qovşağının yaradılmasını təklif edib.

O, bu təklifləri Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı zamanı deyib.

"Qazaxıstan ət və süd məhsullarının ixracının artırılması üçün potensiala malikdir. Dövlətlərimizin ticarət əməkdaşlığının möhkəmlənməsi üçün müasir logistika infrastrukturunu ardıcıl inkişaf etdirmək lazımdır. Ona görə də biz minimum xərclərlə qarşılıqlı ticarət dövriyyəsini artırmağa imkan verəcək Xəzəryanı ərzaq qovşağının yaradılmasını təklif edirik", - deyə o bildirib.

Tokayev həm də qeyd edib ki, Qazaxıstanda müasir paylaşdırma mərkəzlərinin tikintisi başlayıb. Onun sözlərinə görə, bu mərkəzlərin Xəzəryanı ərzaq qovşağı ilə inteqrasiyası fermerlər, daşıyıcılar, satıcı və iştirakçılar üçün yeni imkanlar yaradacaq.


Oxunma sayı: 2124

Oxşar yazılar