Türkiyə Finlandiya və İsveçdən 33 terrorçunu geri TƏLƏB ETDİ

  • 14:19 - 29 İyun

Finlandiyada 6 PKK, 6 FETÖ, İsveçdə 10 FETÖ tərəfdarı, 11 PKK terrorçusu ilə bağlı sənədlər var. Anlaşmadan sonra onların geri qayıtmalarını xatırladacağıq.

Avropa.info xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ məlumat verib. 

Bozdağ qeyd edib ki, ötən gün Madriddə imzalanan və təhlükəsizlik sahəsində fəal əməkdaşlığı nəzərdə tutan üçtərəfli Memorandum işığında Türkiyə tərəfi bu məsələni yenidən Skandinaviya ölkələri qarşısında qaldıracaq.

Nazir bildirib ki, Türkiyə ümumilikdə 33 PKK üzvünün ekstradisiyasını tələb edib, lakin bu günə kimi nə İsveç, nə də Finlandiya ekstradisiya tələblərinə müsbət cavab verib.


Oxunma sayı: 4016

Oxşar yazılar