Azərbaycanla Gürcüstan arasında quru sərhədi nə vaxt açılacaq? - Səfir danışdı
- 17:53 - 29 İyun
"Azərbaycanın Gürcüstanla quru sərhədini açacağına ümid edirik".
Avropa.info "report"a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes-forumunda qonşu ölkənin səfiri Zurab Pataradze bildirib.
O həmçinin deyib ki, quru sərhədlərinin bağlı olması fonunda iki ölkə arasında aviasiya əlaqələri getdikcə artırılır və "Azərbaycan Hava Yolları" QSC (AZAL) gələn aydan etibarən Bakıdan Tbilisiyə həftədə 3 dəfə reyslər həyata keçirəcək.
Qeyd edək ki, Bakı-Tbilisi aviareyslərini AZAL-ın aşağı büdcəli törəməsi "Buta Airways" də gündəlik yerinə yetirir.