Solovyov Azərbaycandan üzr istədi - VİDEO

  • 15:50 - 29 İyun

Rusiyanın tanınmış aparıcısı Vladimir Solovyov qarabağdakı terrorçu-separatçı rejimin mənsubu David Babayanla müsahibəyə görə birbaşa efirdə Azərbaycandan üzr istəyib.

Avropa.info-nın xəbərinə görə, V.Solovyov etiraf edib ki, Babayanla müsahibə Rusiya-Azərbaycan münasibətlərinə zərbə ola bilər.

Fəqət o, yenə qarabağlı erməniləri "münaqişə tərəfi" adlandırıb.

Problem V.Solovyovun açıqlamasında balansı pozmasında yox, onun terrorçu Babayanı Rusiyanın federal efirinə dəvət etməsidir.

Ümid edirik ki, V.Solovyov bu kobud səhvini təkrarlamayacaq.


Oxunma sayı: 4885

Oxşar yazılar