NATO sammitində yeni Strategiya konsepsiyası qəbul ediləcək - Stoltenberq

  • 15:06 - 29 İyun

NATO-nun bu gün Madriddə keçiriləcək sammitində alyansın yeni Strategiya konsepsiyası qəbul ediləcək.

Avropa.info bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Qeyd olunur ki, sammitdə NATO liderləri müdafiə xərclərinin artırılmasına sadiqliyini ifadə edəcək.

Bundan başqa, 2023-cü ilə kimi NATO-nun çevik reaksiya qüvvələrinin 40 mindən 300 min nəfərədək artırılması planlaşdırılır.

Qeyd edək ki, NATO-nun sonuncu Strategiya konsepsiyası 2010-cu ildə qəbul edilmişdi.


Oxunma sayı: 1970

Oxşar yazılar