ABŞ Konqresinə basqın: Tramp nümayişçilərin silahlı olduğunu bilməsinə baxmayaraq yürüşə qatılmaq istədi

  • 14:03 - 29 İyun

Məlum olub ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da Konqres basqınında, Gizli Xidmətin nümayişçilərin silahlı olması xəbərdarlığına baxmayaraq, yürüş etmək istəyib. 

Avropa.info xəbər verir ki, Trampın prezidentliyi zamanı Ağ Evin aparat rəhbəri olan Mark Medouzun köməkçisi Cassidy Hatçinson Nümayəndələr Palatasının 6 Yanvar Komitəsində ifadə verib. 

Trampın Konqresin basqını günü Ağ Ev qarşısında çıxış edəcəyi bölgəyə daxil olan etirazçılarda axtarış cihazlarından istifadə edilməsini istəmədiyini bildirən Hatçinson, Gizli Xidmət əməkdaşlarının Trampa nümayişçilərin silahlı olduğu barədə xəbərdarlıq etdiyini qeyd edib. 

Hatçinson Trampın bu xəbərdarlıqlara “Onlar mənə zərər verməz, meydana girmələrinə icazə verin", deyərək əlavə edib ki, bütün xəbərdarlıqlara baxmayaraq, Tramp nümayişçilərlə birlikdə Ağ Evdən Konqresə doğru yürüş etməkdə israr edib.


Oxunma sayı: 1970

Oxşar yazılar