1918-ci ildən sonra İLK DƏFƏ: Beynəlxalq kredit reytinq agentliyi AÇIQLADI – Rusiya müflis oldu

  • 13:24 - 29 İyun

Moody's beynəlxalq kredit reytinq agentliyi Rusiyanın müflis ölkələr arasında olduğunu açıqlayıb.

Avropa.info xəbər verir ki, "Moody's" beynəlxalq kredit reytinqi agentliyinin yaydığı açıqlamada Rusiyanın borc öhdəliklərini yerinə yetirə bilmədiyi, istiqraz investorlarına 100 milyon dollar faiz ödəyə bilmədiyi və buna görə də kredit reytinqi agentliyinin qiymətləndirməsinə görə, müflis ölkə olaraq təyin edildiyi bildirilib.  

Açıqlamada, “Gecikmiş kupon ödənişi iflas deməkdir. Gələcək kupon ödənişlərində defolt da mümkündür”, qeyd edilib.

Rusiya hökumətindən verilən açıqlamada, Rusiyanın may ayında valyuta istiqrazı faiz ödənişlərini etdiyi, ödənişin alıcıya çatdırılmadığı və bunun Rusiya üçün problem olmadığı bildirilib. 

Rusiya sonuncu dəfə 1918-ci ildə xarici valyuta borclarını ödəmədiyi üçün müflis olub. 

Beynəlxalq kredit reytinq agentlikləri "Moody's", "Fitch Ratings", "Standard & Poor's" (S&P) Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara görə Rusiyadakı fəaliyyətini dayandırmaq qərarına gəlib.


Oxunma sayı: 2124

Oxşar yazılar