PKK terror təşkilatı tərəfdarı deputat hökuməti HƏDƏF ALDI: "İsveç Ankaraya təslim oldu"

  • 12:29 - 29 İyun

İsveçdə PKK/YPG terror təşkilatı tərəfdarı olan Amine Kakabava Finlandiya və İsveçin NATO-ya üzvlük prosesləri ilə bağlı Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli memorandum imzalanmasına qarşı çıxıb.

Avropa.info xəbər verir ki, PKK/YPG tərəfdarı, müstəqil deputat Amine Kakabava Madrid zirvəsi ilə bağlı İsveçin TV4 kanalına danışıb.

Amine Kakabava Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli memorandumun imzalanmasına reaksiya verib və İsveçin xarici işlər naziri Ann Lindeni tənqid edib.

O, İsveçin Türkiyə və Finlandiya ilə imzaladığı Anlaşma Memorandumunu “Stokholm rəhbərliyi Ankaraya təslim oldu” kimi şərh edib.

Amine Kakabava hökumətin Suriyadakı YPG/SDG-ni Türkiyəyə “qurban” etdiyini və bunun onlar üçün “qara gün” xatirəsi olaraq qalacağını iddia edib.

"Hökumətin Türkiyəyə təslim olmasını çox narahatedici görürəm", - Kakabava deyib. 

Amine Kakabava Anlaşma Memorandumunu imzalayarkən xarici işlər naziri Ann Lindeni hədəfə alıb. Kakabava parlamentdəki digər siyasi partiyalara müraciət edərək Ann Lindenin Xarici Əlaqələr Komitəsinə çağırılmasını istəyib. 

"Əks halda, Ann Lindenin xarici işlər naziri vəzifəsini davam etdirməsi etimadsızlıq olardı", - Kakabava bildirib.


Oxunma sayı: 3873

Oxşar yazılar