Zelenski ikinci dəfə BMT Təhlükəsizlik Şurasına müraciət etdi – Rusiyanı bu hüquqlarından məhrum etməyə ÇAĞIRDI

  • 11:19 - 29 İyun

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanı “terrorçu dövlət” olmaqda ittiham edib və Rusiyanı BMT hüquqlarından məhrum etməyə çağırıb. 

Avropa.info xəbər verir ki, Vladimir Zelenski Kremençukda ticarət mərkəzinə raket hücumundan sonra BMT Təhlükəsizlik Şurasının iclasında videobağlantı vasitəsilə danışıb. 

Müharibə başlayandan bəri ikinci dəfə BMT Təhlükəsizlik Şurasına müraciət edən Zelenski deyib ki, Moskva ötən şənbə günü Ukraynaya 62, bazar günü isə 26 raket atıb. 

Zelenski BMT-ni 18 nəfərin ölümü ilə nəticələnən ticarət mərkəzinə hücumla bağlı müstəqil araşdırma aparmağa çağırıb. 

Rusiyanı “terrorçu dövlət” olmaqda ittiham edən Zelenski beynəlxalq ictimaiyyəti Rusiyanı terror fəaliyyətlərini dayandırana qədər BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasındakı hüquqlarından məhrum etməyə çağırıb. 

Zelenski deyib ki, Rusiya Baş Assambleyanın və BMT Təhlükəsizlik Şurasının işində iştirak etməməlidir. 

BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Rosemary DiCarlo bildirib ki, müharibə başlayandan bəri Ukraynada 4731 mülki şəxs həlak olub.


Oxunma sayı: 1981

Oxşar yazılar