SON DƏQİQƏ! Türkiyə NATO-da istədiyini aldı: Madriddə üçtərəfli memorandum İMZALANDI – İsveç və Finlandiya PKK/YPG-yə dəstək verməyəcək

  • 23:38 - 28 İyun

Türkiyə, İsveç və Finlandiya Stokholm və Helsinkinin NATO-ya üzv olmaq üçün müraciətləri ilə bağlı üçtərəfli memorandum imzalayıb. 

Avropa.info xəbər verir ki, sənəd Madriddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö, İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə keçirilən dördtərəfli görüşün yekunları üzrə imzalanıb. 

Memorandumu Türkiyənin xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Finlandiyanın Pekka Haavisto və İsveçin xarici işlər nazirləri Anne Linde imzalayıb. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, İsveçin baş naziri Maqdelena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin qatıldığı Dördtərəfli Zirvədən konkret nailiyyətlər: 

• PKK və onun törəmələri ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlıq. 
• Terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirmək. 
• PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyi. 
• Müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qarşısının alınması, əməkdaşlığın artırılması. 
• Terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi. 
• Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması. 
• Terrorçu cinayətkarların ekstradisiyası ilə bağlı konkret addımların atılması və ikitərəfli müqavilələrin bağlanması. 
• PKK və onun qolu və terror təşkilatlarının vəsait toplama və işə cəlb etmə fəaliyyətlərinin qadağan edilməsi və onların araşdırılması. 
• Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması. 
• Finlandiya və İsveçin PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) daxil olmaqla Aİ təhlükəsizlik mexanizmlərində ən geniş iştirakının dəstəklənməsi. 
• Bu addımların icrasına nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizmin yaradılması.

Xatırladaq ki, çərşənbə axşamı Madriddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö, İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə dördtərəfli görüş keçirilib. 

Danışıqlar NATO liderlərinin sammiti çərçivəsində İFEMA Konqres Mərkəzində baş tutub. 

Müzakirələr mətbuata qapalı olub və iki saat davam edib. 

Məsləhətləşmələr NATO-nun baş katibi Yens Stoltenberqin təşəbbüsü ilə keçirilib.


Oxunma sayı: 4071

Oxşar yazılar