Kremldən SENSASİON AÇIQLAMA: Kiyev istəsə, müharibəni bir günə dayandıra bilər

  • 22:41 - 28 İyun

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Kiyev Ukrayna hərbçilərinə silahı yerə qoymağı əmr etməklə qısa zamanda hərbi əməliyyatları dayandıra bilər. 

Avropa.info-nun məlumatına görə, bu barədə Peskov Moskvada keçirdiyi brifinqdə Ukrayna prezidenti Vladimir Zelenskinin Qərbə hərbi əməliyyatların soyuq havaya qədər bitməsi üçün silah tədarükünü intensivləşdirməyə çağırışını şərh edərkən bildirib. 

Peskov buna belə cavab verib: “Ukrayna tərəfi hazırkı günün sonuna qədər hər şeyi dayandıra bilər”. 

“Bizə millətçi birləşmələr üçün əmr, Ukrayna hərbçilərinə silahı yerə qoyma əmri lazımdır. Siz isə Rusiya Federasiyasının şərtlərini yerinə yetirməlisiniz”, - deyə o bildirib və əlavə edib ki, bu şərtlərdə “hər şey günün sonuna qədər bitə bilər”. 

“Qalan hər şey artıq Ukrayna dövlətinin başçısının əksidir. Biz prezidentimizin dediklərini rəhbər tuturuq: xüsusi hərbi əməliyyat plan üzrə davam edir və məqsədlərinə çatır”, - sözçü bildirib.


Oxunma sayı: 2784

Oxşar yazılar