Kolumbiyada məhbuslar iğtişaş və yanğın törətdi: 52 nəfər ölüb, 30 nəfər yaralanıb

  • 22:38 - 28 İyun

Kolumbiyanın qərbində məhbusların iğtişaşları və bundan sonra həbsxanada baş verən yanğın nəticəsində 52 nəfər həlak olub, daha 30 nəfər yaralanıb. 

Avropa.info bildirir ki, bu barədə Kolumbiyanın Milli Həbsxana Agentliyinin (INPEC) rəhbəri Tito Kastellanos məlumat verib. 

Onun sözlərinə görə, iğtişaş Tulua şəhərində (Valle del Kauka departamenti) baş verib. 

Castellanos yanğının baş verdiyi blokda 180 məhbusun olduğunu bildirib. 

"Mühafizəçilər yanğını söndürmək üçün müdaxilə etdilər, lakin bu kifayət etmədi", - deyə o bildirib. 

Yanğınsöndürənlər və polis hadisə yerindədir. Lakin hələ də yanğının qarşısı alınmayıb. 

Ətrafda gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.


Oxunma sayı: 2179

Oxşar yazılar