ABŞ-dan Türkiyə AÇIQLAMASI: "Mühüm addımlar atıldı..."

  • 23:47 - 28 İyun

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, İsveç və Finlandiyanın Türkiyənin NATO-ya üzvlüklə bağlı narahatlığını həll etmək üçün mühüm addımlar atdıqlarına inandıqlarını bildirib.

Avropa.info xəbər verir ki, Sallivan təyyarədə ABŞ prezidenti Co Baydenlə Almaniyadan İspaniyaya gedən jurnalistlərə açıqlamalar verib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Baydenin sabah görüşməsinin gözlənildiyini qeyd edən Sallivan, "İki lider ABŞ və Türkiyə arasında strateji və regional məsələlərdə birlikdə vaxt keçirmək şansı əldə edəcəklər. İsveç və Finlandiyanın NATO-ya üzvlüyü də gündəmdə olacaq, lakin bunun əsas diqqət mərkəzində olacağını gözləmirik", deyib.

İsveç və Finlandiyanın NATO üzvlüyünə vasitəçilik etməyəcəyini vurğulayan Sallivan, "Biz Finlandiya və İsveçin Türkiyənin narahatlığını həll etmək üçün mühüm addımlar atdığına inanırıq. Eyni zamanda, Türkiyənin narahatlığının tamamilə həll olunacağına və bu ölkələrin NATO-ya üzv olacağına tam inanırıq”, - deyə o bildirib.


Oxunma sayı: 2333

Oxşar yazılar