ABŞ-dan Rusiyaya daha bir ZƏRBƏ: Ölkənin hərbi birləşmələri və Rusiya Federal Təhlükəsizlik Xidməti sanksiyalar SİYAHISINDA

  • 00:58 - 29 İyun

ABŞ administrasiyası Rusiyanın müdafiə sənayesini hədəf alan yeni sanksiyaları açıqlasa da, Rusiya qızılının idxalını da qadağan edib.

Avropa.info xəbər verir ki, ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada ABŞ-ın G7 öhdəliklərini yerinə yetirdiyi bildirilib. 

Açıqlamada, Rusiyanın müdafiə, sənaye, texnologiya və istehsal sektorlarının təməl daşı olan dövlət qurumu "Rostec" də daxil olmaqla, Rusiya müdafiə sənayesi üçün kritik əhəmiyyətə malik 70 təşkilat və 29 şəxsin sanksiya siyahısına salındığı bildirilib. 

"Rostec"in idarəçiliyində müxtəlif sektorlardan 800-dən çox təşkilatın olduğuna diqqət çəkilərək, Rostecin ölkənin texnoloji, aviasiya və hərbi-sənaye ekspertizasını birləşdirmək üçün yaradılmış böyük dövlət qurumu olduğu vurğulanıb. 

Açıqlamada, Rusiyanın MiG və Sukhoi təyyarələrinin istehsalçısı olan və daha çox "Rostec"ə məxsus olan Birləşmiş Təyyarə Korporasiyasının sanksiya siyahısına əlavə edildiyi bildirilib. 

Bəyanatda həmçinin bildirilir ki, Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Rusiya qızılının ABŞ-a idxalına qadağa qoyub. 

Maliyyə qurumları və özəl sektorun Rusiyanın kritik mal və texnologiya əldə etmək səylərinin qarşısının alınmasında əsas rol oynamağa davam etdiyinə diqqət çəkən Maliyyə Cinayətlərinin Təhqiqat Şəbəkəsi (FinCEN) ABŞ Departamentinin Sənaye və Ticarət Təhlükəsizlik Bürosu ilə birgə xəbərdarlıq edib.  

ABŞ Dövlət Departamentinin 45 təşkilat və 29 nəfərə qarşı sanksiya tətbiq edəcəyi ilə bağlı bəyanatda sanksiya tətbiq ediləcək təşkilatlar arasında Ukraynada insan haqları pozuntuları törətdikləri səbəbilə Rusiya hərbi birləşmələri və Rusiya Federal Təhlükəsizlik Xidmətinin də olduğu qeyd edilib.  

Bəyanatda həmçinin qeyd olunub ki, Xarici İşlər Nazirliyi Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini təhdid etdiyi güman edilən 500-dən çox rusiyalı hərbçi və məmura viza məhdudiyyəti tətbiq edəcək. 

“Biz Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq ciddi əlavə sanksiyaların tətbiqi üçün tərəfdaşlarımız və müttəfiqlərimizlə işləmək öhdəliyimizi bir daha təsdiqləyirik”, - ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib. 

G7 üzvlərinin hərtərəfli öhdəlikləri və hərəkətlərinin Rusiya ordusu üçün kritik texnologiyaya çıxışını daha da maneə törətdiyinə diqqət çəkən Yellen, Rusiyanın müdafiə sənayesini hədəf alan sanksiyaların ölkənin imkanlarını azaldacağını və Ukraynaya qarşı müharibəsini çətinləşdirəcəyini qeyd edib.


Oxunma sayı: 2201

Oxşar yazılar