Gərginlik artır: Bolqarıstan 70 rus diplomatını ölkədən ÇIXARIR

  • 22:37 - 28 İyun

Dünən istefa verən Bolqarıstan hökumətinin baş naziri Kirili Petkov Rusiya Federasiyasının Sofiyada çalışan 70 diplomatını persona non-qrata elan edərək deportasiya edəcəklərini açıqlayıb.

Avropa.info-nun məlumatına görə, baş nazir Kiril Petkov aprel ayında jurnalistlərə bildirib ki, Moskvadakı bolqar diplomatlarının sayı 10-dan aşağı düşsə də, Moskvanın Sofiyada ən azı 114 diplomatı var. 

hər biri xarici maraqlar lehinə işləyən 70 diplomatı geri göndərəcəklərini ifadə edən Petkov, "Bu adamların çoxu başqa məlumat toplama xidmətlərində çalışarkən, diplomatik zirehlərini yalnız "örtük" olaraq istifadə etdilər, deyib. "Xarici hökumətlər bizim daxili işlərimizə qarışmağa cəhd etdikdə də biz aydın mövqe nümayiş etdiririk. “Bizim mövqeyimiz rus xalqına münasibət deyil", -deyə o bildirib.

Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri Bolqarıstan-Rusiya münasibətləri donma nöqtəsinə çatıb. 

Rusiya səfiri Eleonora Mitrofanova Bolqarıstanın suverenlik uğrunda mübarizəsini Osmanlı-Rusiya müharibəsinin bitməsi və Bolqarıstanın müstəqilliyinin 144-cü ildönümünü qeyd edən 3 Mart Milli Günündə Ukraynaya qarşı başlatdığı müharibə ilə müqayisə edib. 

Daha sonra Bolqarıstan Xarici İşlər Nazirliyi Mitrofanovaya persona non-qrata elan edilmiş bəzi diplomatların siyahısı olan nota təqdim edib. 

Rusiya Federasiyasının Bolqarıstandakı güclü lobbisinə baxmayaraq, Bolqarıstan 2021-ci ildən bu yana 10-dan çox rusiyalı diplomatı ölkədə "casusluq etdiyi üçün" ölkədən çıxarıb. 

Bolqarıstan mətbuatı iddia edib ki, Rusiya səfirliyindəki diplomatların sayını iki dəfə azaltması gözlənilən bu addımdan sonra iki ölkə arasında münasibətlərin iflic olacağı gözlənilir.


Oxunma sayı: 3389

Oxşar yazılar