İraqdan Türkiyə limanlarına daşınan yükün həcmi 3 milyon tonu keçib

  • 19:55 - 28 İyun

2022-ci ilin yanvar-may aylarında İraqdan Türk limanlarına 3 milyon 513 min 734 ton yük daşınıb. 

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. 

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İraqdan limanlara 269 min 314 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər 3 milyon 244 min 420 ton yük çatdırıb. 

Bu müddət ərzində İraq bayraqlı gəmilərlə Türkiyə limanlarına heç bir yük çatdırılmayıb. 2022-ci ilin yanvar-may aylarında Türkiyə limanlarına İraqdan heç bir tranzit yük daşınmayıb. 

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 33 milyon 431 min 149 ton yük qəbul edib. Bu yüklərin 2 milyon 355 min 407 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 31 milyon 75 min 741 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib. 


May ayında Türkiyə limanlarından 7 milyon 509 min 987 ton tranzit yük aşırılıb. 

Bu ilin yanvar-may aylarında Türkiyə limanları 164 milyon 292 min 61 ton yük qəbul edib. Bu yüklərin 11 milyon 414 min 29 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 152 milyon 878 min 32 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib. 

Yanvar-may ayında Türkiyə limanlarından 35 milyon 282 min 27 ton tranzit yük aşırılıb.


Oxunma sayı: 6216

Oxşar yazılar