ABŞ-dan NATO Sammiti AÇIQLAMASI: Tarixi qərarlar veriləcək

  • 15:03 - 28 İyun

ABŞ iyunun 28-30-da İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO sammiti ilə bağlı açıqlama verib. 

Avropa.info xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Madriddə keçiriləcək NATO sammitində Alyansın ortaq təhlükəsizliyi və müdafiəsi üçün tarixi qərarların alınacağı və Bayden və Ərdoğanın NATO sammitində görüşəcəyi bildirilib. 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə telefon danışığı aparıb. 

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsindən verilən açıqlamaya görə, Ərdoğan və Bayden arasında telefon danışığında Türkiyə-ABŞ münasibətləri və regional məsələlər müzakirə edilib. 

Görüşdə prezident Ərdoğan və ABŞ prezidenti Bayden Madriddə keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Toplantısı öncəsi zirvə gündəmini də dəyərləndirib. 

NATO-ya üzv ölkələrin liderləri Rusiyanın bütün dünyaya müxtəlif təsirləri olan Ukrayna müharibəsi ilə bağlı baş verənləri müzakirə etmək və NATO-nun yeni strateji konsepsiyasını qəbul etmək üçün bir araya gələcək. 

İyunun 28-30-da İspaniyanın Madrid şəhərində NATO-nun Sammiti keçiriləcək. Sammitdə Türkiyəni prezident Rəcəb Tayyib Ərdoğan təmsil edəcək. 

Zirvə toplantısı İspaniya Kralı Felipenin iyunun 28-də liderlərə verəcəyi naharla başlayacaq. İyunun 29-u səhər saatlarında keçiriləcək ilk iclasda Ukrayna və Rusiya müzakirə olunacaq. Ukrayna prezidenti Vladimir Zelenski də bu sessiyada videokonfrans vasitəsilə iştirak edəcək və liderlərə müraciət edəcək. 

İsveç və Finlandiya mayın 18-də Ukraynaya hücuma başladıqdan sonra Rusiyanı artan təhlükə olaraq görərək NATO-ya üzvlük üçün müraciət etmişdilər. Ancaq Türkiyənin iki ölkənin üzvlüyü ilə bağlı təhlükəsizlik narahatlıqları var. 

Türkiyə, bu ölkələrin NATO üzvü olmaları üçün PKK/YPG, DHKP-C, FETÖ kimi terror təşkilatlarının strukturlaşdırılmasını, onların maliyyə toplama,  və təbliğat kimi fəaliyyətlərinə son qoyulmasını, Türkiyəyə qarşı silah embarqosu və məhdudiyyətlərin aradan qaldırılmasını istəyir.

Türkiyənin narahatlığını aradan qaldırmaq üçün aparılan danışıqlar hələ ki, nəticə verməyib. Türkiyə Madrid Zirvəsini son tarix və ya dönüş nöqtəsi kimi görmür və danışıqların davam edəcəyini vurğulayır. Türkiyə İsveç və Finlandiyadan məcburi öhdəliklər və konkret addımlar axtarır. Bu kontekstdə imzalanması və danışıqlar aparılması tələb olunan sənədlər var. 

NATO Zirvəsi və prezident Ərdoğanın görüşlərində İsveç və Finlandiyanın müraciətlərinin gündəmdə olacağı gözlənilir. 

İki ölkənin liderləri NATO Sammiti üçün Madridə gələcəklər, lakin onların yalnız sammit proqramının ilk günündə ev sahibi İspaniyanın liderlərə verəcəyi nahar hissəsində iştirak etmələri nəzərdə tutulur.


Oxunma sayı: 2388

Oxşar yazılar