Türkiyə Quru Qoşunları 2231 YAŞINDA: Hülusi Akardan TƏBRİK MESAJI

  • 14:25 - 28 İyun

Türkiyə milli müdafiə naziri Hulusi Akar Türkiyə Quru Qoşunlarının yaradılmasının 2231-ci ildönümü münasibətilə təbrik edib.

Avropa.info xəbər verir ki, bu barədə nazirliyin tviter hesabında bildirilib.

Nazirin yaydığı təbrikdə türklərin ilk quru birləşmələrinin eramızdan əvvəl 209-cu ildə Mete Xan tərəfindən yaradıldığı xatırladılır. 

“Yüksək peşəkarlıq və müasir silahlar sayəsində Türkiyə Silahlı Qüvvələrinin quru qoşunları bu gün dünyanın ən hörmətli və güclü orduları sırasındadır. Türkiyə hərbçilərinin bütün hərəkətləri “Sərhəd bizim namusumuzdur!” şüarı üzərində qurulub. Tapşırıqlar istənilən hava və istənilən relyef şəraitində yerinə yetirilir”, - deyə nazirin müraciətində deyilir.


Oxunma sayı: 2553

Oxşar yazılar