Ərdoğandan NATO sammiti öncəsi AÇIQLAMA: "İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə..."

  • 14:04 - 28 İyun

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün getdiyi İspaniyanın paytaxtı Madridə yola düşməzdən əvvəl Ankara Esenboğa hava limanında mətbuat konfransı keçirib. 

Avropa.info xəbər verir ki, Ərdoğan bu gün səhər saatlarında ABŞ prezidenti Co Baydenlə telefonla danışdığını və onunla bu axşam və ya sabah sammitdə görüşə biləcəyini açıqlayıb. 

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsindən verilən açıqlamaya görə, Ərdoğan və Bayden arasında telefon danışığında Türkiyə-ABŞ münasibətləri və regional məsələlər müzakirə edilib. 

Ərdoğan və Bayden Madriddə keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Toplantısı öncəsi zirvə gündəmini də dəyərləndirib.

Aeroportda keçirilən görüşdə prezident İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətindən də danışıb.

“Sammit sessiyalarında biz Ukrayna müharibəsini və onun alyansdakı təsirini müzakirə edəcəyik. İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, 70 ildir alyansın üzvü olan Türkiyənin təhlükəsizlik problemlərini nəzərə almalıdırlar. Bu ağlasığmazdır. (Türkiyə-NATO-Finlandiya-İsveç) Dördtərəfli görüş keçirəcəyik, görək hara gələcəklər. Biz quru söz yox, nəticə istəyirik", -deyə Ərdoğan bildirib.


Oxunma sayı: 2366

Oxşar yazılar