Rusiya Baydenin həyat yoldaşına və qızına sanksiya tətbiq etdi

  • 19:05 - 28 İyun

Rusiya ABŞ Prezidenti Co Baydenin həyat yoldaşı Cill Baydenə və qızı Eşli Baydenə sanksiya tətbiq edib.

Avropa.info APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, bu addım "ABŞ-ın Rusiyanın siyasi və ictimai xadimlərinə qarşı daim genişlənən sanksiyalarına cavab olaraq" atılıb.

Qərar Rusiyanın 25 ABŞ vətəndaşına qarşı elan etdiyi yeni sanksiyalar paketinin bir hissəsidir.


Oxunma sayı: 2311

Oxşar yazılar