Gürcüstan prezidenti Ukrayna ilə həmrəy olduğunu bildirdi

  • 13:16 - 28 İyun

Gürcüstan prezidenti Salome Zurabişvili Poltava vilayətinin Kremençuq şəhərinə raket hücumu fonunda Ukrayna ilə həmrəy olduğunu bildirib. 

Avropa.info xəbər verir ki, Zirabişvili bu abrədə "Tvitter"də yazıb.

“Yeni bir qəddar hücum qarşısında Ukrayna ilə tam həmrəy olduğumu bildirirəm. Bir daha təkrar edirəm: azadlıq və müstəqillik həmişə qalib gəlir!” Zurabişvili qeyde dib. 

Ukraynanın Kremençuk şəhərində ticarət mərkəzinə raket hücumu nəticəsində azı 18 nəfər ölüb, onlarla insan yaralanıb. 

Kremençuqda üç günlük matəm elan edilib. 

Prezident Vladimir Zelenski Rusiya ordusunun Ukraynadakı mülki obyektləri atəşə tutmasını pisləyib. 


Oxunma sayı: 2553

Oxşar yazılar