Finlandiyanın ən böyük korporasiyası biznesini satıb Rusiyanı tərk edəcək

  • 12:28 - 28 İyun

Lift və eskalatorların istehsalı üzrə ixtisaslaşan Finlandiyanın KONE korporasiyası özünün Rusiya bölməsini - KONE Lifts ASC-ni şirkətin top menecmentinə satmaq qərarına gəlib. 

Avropa.info xəbər verir ki, bu barədə KONE məlumatında deyilir. 

Sənəddə deyilir: “Sövdələşmənin strukturu və dəyəri açıqlanmayıb, onun 2022-ci ilin dördüncü rübündə Rusiyanın tənzimləyici orqanları tərəfindən lazımi təsdiqdən sonra bağlanacağı gözlənilir”. 

Yeni şirkət “KONE Lifts” ASC-nin top menecerləri, baş direktor Aleksey Samkoviç, maliyyə direktoru Veronika Merkulova və Hüquq departamentinin rəhbəri Yelena Eppə məxsus olacaq. 

KONE Korporasiyası ilə gələcək sahiblər arasında müqavilə iyunun 28-də imzalanıb.


Oxunma sayı: 2498

Oxşar yazılar